...

"Smart Systems" şirkəti ayın sonunadək Azərbaycanda IP-TV xidmətini istismara verəcək

Telekommunikasiya Materials 8 İyun 2013 15:09 (UTC +04:00)
"Smart Systems Technology" şirkəti IP-TV xidmətini bu ayın sonuna kimi kommersiya məqsədilə istismara buraxacaq.
"Smart Systems" şirkəti ayın sonunadək Azərbaycanda IP-TV xidmətini istismara verəcək

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir H.Vəliyev/

"Smart Systems Technology" şirkəti IP-TV xidmətini bu ayın sonuna kimi kommersiya məqsədilə istismara buraxacaq. Bu barədə Trend-ə şirkətin baş direktoru Sübhan Qaragözov bildirib.

Onun sözlərinə görə, xidmət çərçivəsində son istehlakçılara, əsasən, ADSL xidmətinin abunəçilərinə müvafiq avadanlıq (Set-Top-Box) təklif ediləcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) IP-TV siqnallarını "Smart Systems Technology" operatorunun şəbəkəsinə ötürməyə başlayıb.

Qaragözov bildirb ki, xidmətdən istifadə üçün aylıq abunə haqqı dörd manat təşkil edəcək: "Kanalların sayı isə 80-120 ədəd aralığında dəyişir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti