...

Azərbaycanın prosessinq mərkəzinin xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq

Telekommunikasiya Materials 10 İyun 2013 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir H.Vəliyev/

"Azericard" prosessinq mərkəzi sistemin texniki yenilənməsi işlərinə başlayır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi mərkəzin yaydığı xəbərdə deyilir.

Bununla əlaqədar olaraq, iyunun 13-dən iyunun 14-nə keçən gecə prosessinq mərkəzinin fəaliyyəti saat 01:00-dan 04:00-a qədər dayandırılacaq.

Sistemin yenilənməsi üzrə işlər, daha doğrusu, proqramın tərtibi planlıdır və ildə iki dəfə həyata keçirilir. Bu, istifadəçi interfeysində hansısa dəyişikliyi nəzərdə tutmur, sistemin özünün imkanlarının və gücünün artırılması, buraxılış qabiliyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilir ki, bu da öz növbəsində gələcəkdə istifadəçilər üçün yeni məhsullar yaratmağa imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti