...

İçərişəhərin ərazisi simsiz Wi-Fi ilə tam əhatə olunub

Telekommunikasiya Materials 24 İyun 2013 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun/Trend, müxbir H. Vəliyev/

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi simsiz Wi-Fi ilə tam əhatə olunub. Bu barədə bazar ertəsi Trend-ə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildiriblər.

Simsiz şəbəkəyə çıxış sayəsində istifadəçilər elektron bələdçi və internet resurslardan (icherisheher.gov.az, "Facebook" sosial şəbəkəsində "İçərişəhər" səhifəsinə və bəzi KİV səhifələrinə) pulsuz istifadə imkanı əldə edəcəklər.

Wi-Fi texnologiyası üzrə simsiz çıxış istifadəçilər üçün daha məqbuldur, çünki bazarda bu standartı dəstəkləyən (noutbuklar, telefonlar, smartfonlar) xeyli qurğular mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti