...

Odlar Yurdu Universitetində Microsoft İT Akademiyası açılıb

Telekommunikasiya Materials 28 İyun 2013 10:50 (UTC +04:00)
İyunun 27-də “Odlar Yurdu” universitetində Microsoft İT Akademiyasının açılış mərasimi oldu. Layihə Microsoft Azərbaycan şirkəti ilə universitetin idarə heyəti arasında imzalanmış Qarşılıqlı Əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.
Odlar Yurdu Universitetində Microsoft İT Akademiyası açılıb

Azərbaycan, Bakı, 28 iyun /Trend /

İyunun 27-də "Odlar Yurdu" universitetində Microsoft İT Akademiyasının açılış mərasimi oldu. Layihə Microsoft Azərbaycan şirkəti ilə universitetin idarə heyəti arasında imzalanmış Qarşılıqlı Əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

"Azərbaycanda ilk İT Akademiyanın açılmasından, xüsusən də bu əlamətdar hadisənin məhz İnformasiya Texnologiyaları ilində reallaşmasından fəxr duyuruq. İnanıram ki, bu layihə Azərbaycanda İT mütəxsəsislərin yeni nəslinin formalaşmasına bir töhfə olacaq", deyən Microsoft Azerbaycan şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirdi ki, yaxın vaxtlarda Microsoft şirkəti ölkəmizdəki daha bir neçə ali və orta məktəbdə İT Akademiya açmağı qarşısına məqsəd qoyub.

"Mən çox şadam ki, Azərbaycanda ilk İT Akademiya məhz bizim universitetdə açılıb və bu akademiyanın tələbələrimizin gələcək karyeralarında uğur qazanmasına təkan verəcəyinə inanıram", - Əhməd Vəliyev bildirib.

İT Akademiyanın əsas məqsədi Microsoft məhsullarına dair tədris vəsaitlərinə olan tələbatı və Microsoft Office Specialist, Microsoft Certified Professional, Microsoft Technology Associate ixtisasları üzrə sertifikatlaşdırılmış imtahanlara hazırlığı təmin etməkdir. Tədris vəsaitlərindən həm İnformasiya texnologiyaları üzrə kurslarda, həm də fakultativ məşğələlər çərçivəsində fərdi qaydada istifadə etmək mümkün olacaq.
Qarşılıqlı əməkdaşlığa dair Memorandum çərçivəsində həm də Microsoft DreamSpark layihəsinə start veriləcək. Texniki təhsilin dəstəklənməsinə yönələn bu proqram dərslik, tədris və tədqiqat məqsədləri üçün Microsoft Proqram Təminatından istifadə imkanları yaradır. Bunun sayəsində müəllimlər ən son müasir texnologiyalardan yararlanmaqla tələbələri həvəsləndirmək və yeni üsullarla tədrisə cəlb etmək üçün bütün zəruri resurslarla təmin olunurlar. Proqram laboratoriya və auditoriyaların, eləcə də tələbələrin kompüterlərinin qənaətcil şəkildə təchiz edilməsini, həmçinin tədris, tədqiqat məqsədləri üçün müəllimlərin verilənlərin emalı alətlərinə dair vasitələrlə, həmçinin fərdi kompüter və serverlərin Microsoft Proqram Təminatı ilə təchiz edilməsini nəzərdə tutur.

Qeyd edək ki, "Odlar Yurdu" universitetində Office 365 xidməti də tətbiq edilərək müəllim və tələbə heyətinin istifadəsinə veriləcək. Proqram istifadəçilərindən hər birinə ayrıca elektron poçt ünvanı açılacaq, bu isə müəllim-tələbə ünsiyyətini sadələşdirəcək, onlayn konfransların keçirilməsi, sənədlərlə birgə işləməyə imkan yaradacaq.

Microsoft və Odlar Yurdu Universitetinin birgə əməkdaşlığında vacib bəndlərdən biri leqal proqram təminatının inkişaf etdirilməsi, onun tələbələr arasında geniş yayılması və bütövlükdə universitetin lisenziyalı proqram təminatı ilə təmin edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti