...

Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin tətbiqinə hazırlıq başa çatıb

Telekommunikasiya Materials 29 İyul 2013 15:22 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ölkədə internet istifadəçilərinin sayının daha da artırılması üzrə tədbirləri davam etdirir.
Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin tətbiqinə hazırlıq başa çatıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ölkədə internet istifadəçilərinin sayının daha da artırılması üzrə tədbirləri davam etdirir.

Trend-in bazar ertəsi RİTN-ə istinadən verdiyi məlumata görə, bu məqsədlə 2013-cü ildə həyata keçiriləcək əsas tədbirlərdən biri də 2013-2015-ci illər ərzində ölkənin hər bir yaşayış məntəqəsində (hətta ən ucqar kəndlərdə) fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan "Milli genişzolaqlı internetin inkişafı" layihəsidir.

Hazırlanan layihə telekommunikasiya sahəsi üzrə aparıcı xarici məsləhətçi "Booz&Co" şirkəti cəlb edilməklə qiymətləndirilib. Artıq layihənin icrasına başlanılması məqsədilə müvafiq qərarın qəbul edilməsi üçün Azərbaycan Prezidentinə müraciət olunub. Layihə sənədləri hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir.

Qeyd edək ki, hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti