...

Azərbaycanın İKT sektoru üzrə gəlirləri 10 faizdən çox artıb

Telekommunikasiya Materials 12 Oktyabr 2013 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir H. Vəliyev/

2013-cü ilin yanvar-sentyabr aylarında 1196,8 milyon manat təşkil edib ki, bu da ötən ilin ananloji dövründə qeydə alınan göstəricidən 10,5 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şənbə günü doqquz ayın yekunlarına həsr olunan kollegiya iclasında elan edilən hesabatda bildirilir.

Hesabatda deyilir: "İnformasiya-kommunikasiya texnologiyaları sektorunun Azərbaycan ÜDM-də xüsusui çəkisi 1,8 faiz təşkil edir".

Bu müddət ərzində ölkənin telekommunikasiya sektoru üzrə artım tempi 6,7 faiz, İT sektoru 1,6 dəfə, poçt sektoru isə 8 faiz artıb.

Kollegiya iclasının gedişi zamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda "İKT ili" olaraq elan edilən 2013-cü ildə informasiya-kommunikasiya texnologiyaları sahəsində tədbirlər planında göstərilən layihələr barədə danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti