...

Azərbaycanda İKT sektorunun gəlirləri 8 faizdən çox artıb

Telekommunikasiya Materials 16 Noyabr 2013 03:39 (UTC +04:00)
2013-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda təşkilatlara və əhaliyə ümumi dəyəri 1255 milyon manat olan informasiya və rabitə xidmətləri göstərilib ki, bu da 2012-ci ilin analoji dövr göstəricisindən 8,5 faiz çoxdur.
Azərbaycanda İKT sektorunun gəlirləri 8 faizdən çox artıb

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir H.Vəliyev/

2013-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda təşkilatlara və əhaliyə ümumi dəyəri 1255 milyon manat olan informasiya və rabitə xidmətləri göstərilib ki, bu da 2012-ci ilin analoji dövr göstəricisindən 8,5 faiz çoxdur. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən bildirilib.

İnformasiya və rabitə xidmətlərinin ümumi həcmindən 72,4 faizi əhaliyə göstərilən xidmətlərin payına düşüb.

Bununla belə, əldə edilən gəlirlərin ümumi həcmindən 59,3 faiz mobil rabitə xidmətlərinin payına düşüb ki, bu da 2012-ci ilin müvafiq dövr göstəricisindən 9,6 faiz çoxdur.

Ümumilikdə, 2013-ci ilin yanvar-oktyabr aylarında mobil rabitə xidmətlərindən əldə edilən gəlirlərin həcmi 744,5 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti