...

Bakıda "Maliyyə müəssisələrində müştərilərlə münasibətlərin idarə edilməsi" mövzusunda seminar keçirilib

Telekommunikasiya Materials 28 Noyabr 2013 18:04 (UTC +04:00)
Bakıda "Microsoft-Azerbaijan", "VeriPark" və "Avtenta" şirkətlərinin birgə təşkilatçılığı ilə "Maliyyə müəssisələrində müştərilərlə münasibətlərin idarə edilməsi" mövzusunda seminar keçirilib.
Bakıda "Maliyyə müəssisələrində müştərilərlə münasibətlərin idarə edilməsi" mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Bakıda "Microsoft-Azerbaijan", "VeriPark" və "Avtenta" şirkətlərinin birgə təşkilatçılığı ilə "Maliyyə müəssisələrində müştərilərlə münasibətlərin idarə edilməsi" mövzusunda seminar keçirilib.

"Microsoft-Azerbaijan"dan cümə axşamı Trend-ə verilən məlumata görə, seminar maliyyə menecerləri, biznesin inkişafı üzrə müdirlər, büdcə və proqnozlaşdırma və müştərilərlə münasibətlərin idarə edilməsi üzrə mütəxəssislər üçün nəzərdə tutulub. Tədbirin əsas müzakirə predmeti müştərilərin cəlb edilməsi, saxlanılması və inkişafının stimullaşdırılması olub. Seminar zamanı "Microsoft" korporasiyasının Mərkəzi və Şərqi Avropa üzrə Müştəri münasibətlərinin idarə edilməsi üzrə meneceri Tomaş Perts maliyyə müəssisələri tərəfindən müştərilərlə münasibətlərin keyfiyyətli idarə edilməsindən, bu sahədə mövcud problemlərdən və onların aradan qaldırılmasından, distribüsiya və marketinqın təşkilindən, risklərin idarəedilməsi imkanları və digər analoji prioritetlərdən danışıb.

"Microsoft Dynamics CRM 2013" məhsulunun yeni versiyasını nümayiş etdirən T.Perts bu məhsulun müştərilərlə qarşılıqlı əlaqələrin idarə edilməsi üzrə çevik biznez-həll üçün hazırlandığını bildirib və maliyyə müəssisələri tərəfindən müştərilərlə münasibətlərin keyfiyyətli idarəetmə sisteminin tətbiq edərkən, nə üçün məhz "Microsoft" platformasından istifadə etməyi izah edib. Onun sözlərinə görə, bu sistemin tətbiqi üçün yatırılan investisiya artıq 5 aydan sonra özünü doğruldur.

T.Perts əlavə edib ki, hazırda 40 min şirkət "Microsoft"un bu sistemindən yararlanır, bu isə 3,5 mln. istifadəçi deməkdir: "Microsoft Dynamics CRM"ın imkanları ilə biz tam olaraq maliyyə şirkıtlərini dəstəkləyirik və onlara istehlakçılar və korporasiyalar üçün ən yaxşı xidmətləri təklif etməkdə kömək göstərməyə hazırıq".

"Avtenta" şirkətinin Müştəri münasibətlərinin idarə edilməsi üzrə direktoru Dejan Blatnik bildirib: "Bizim həllərimiz, siğorta şirkətlərinin mövcud və potensial müştərilərlə iş zamanı yaranan problemlərin aradan qaldırılmasına əsaslanıb. CRM həllərimiz işçilərə tam potensiallarından istifadə etmək imkanı yaradır. Bu isə müştərilərlə danışıqların daha şəxsi və professional olacağı deməkdir. Hər iki tərəf belə danışıqlardan daha çox informasiya qəbul edib faydalana bilər. Xidmətin səviyyəsi nə qədər yüksək olsa, agentlər müqavilə bağlamağa bir o qədər yaxın olacaq".

Təşəbbüsü şərh edən "Veripark" şirkətinin baş direktoru Özkan Erener qeyd edib: "Dynamics CRM" platformunun vasitəsi ilə bizim bank müştərilərimiz xüsusi xidmət göstərir və müştəri bazalarında ikirəgəmli artıma malikdirlər. Biz yerli bazara öz təcrübəmizi və ən mükəmməl bank alətlərini gətirməyimizə çox şadıq. "Microsoft" ilə birgə çalışaraq biz Azərbaycanda maliyyə sektorunun inkişafına töhvə verməyə ümüdvarıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti