...

Azərbaycanın Rabitə Nazirliyi bayram günlərində şəbəkələrin fasiləsiz işini təmin edəcək

Telekommunikasiya Materials 17 Mart 2014 10:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öz struktur yarımbölmələrinə Novruz bayramı günlərində rabitə, internet, televiziya, radio və poçt rabitəsi xidmətlərinin fasiləsiz işini təmin etməyi tapşırıb. Bu barədə bazar ertəsi Trend-ə nazirlikdən məlumat verilib.

Bayram günlərində dövlət operatorları rabitə şəbəkələrinin telekommunikasiya qovşaqlarının fasiləsiz işini təmin etmək üçün gücləndirilmiş rejimdə çalışacaqlar. Nazirlik tərəfindən Novruz bayramı ərəfəsində borcu olan abonentlərin telefon xətlərinin (müraciətlər əsasında) fasiləsiz işini təmin etmək tapşırılıb.

Nazirliyin bütün struktur yarım bölmələrinə təhlükəsizlik xidmətinin işinin gücləndirilməsi və mümkün problemlərin operativ şəkildə aradan qaldırılması üçün regional qəza briqadalarının hazır vəziyyətə gətirilməsi tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti