...

Azərbaycanda daha bir bank kreditlərin onlayn ödənişi sisteminə qoşulub

Telekommunikasiya Materials 28 Aprel 2014 12:15 (UTC +04:00)
"AzeriCard" prosesinq mərkəzi "Bank Standard"ı onlayn kredit ödənişlərinin həyata keçirilməsi sisteminə qoşub.
Azərbaycanda daha bir bank kreditlərin onlayn ödənişi sisteminə qoşulub

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir H.Vəliyev/

"AzeriCard" prosesinq mərkəzi "Bank Standard"ı onlayn kredit ödənişlərinin həyata keçirilməsi sisteminə qoşub. Trend xəbər verir ki, bu barədə bazar ertəsi mərkəzin saytında dərc edilmiş məlumatda deyilir.

Məlumata görə, artıq bankın müştəriləri plastik kart vasitəsi ilə heç bir yerə getmədən, sadəcə www.bankstandard.com və ya www.azericard.com veb-saytına daxil olaraq real vaxt rejimində öz kredit borclarını ödəyə bilərlər.

Həmçinin həmin xidmət vasitəsi ilə müştərilər hesaba mədaxil əməliyyatı da apara bilərlər. Bu əməliyyatların aparılmasına görə müştərilərdən heç bir komissiya tutulmur. Bundan başqa, rahatlıq üçün müştərilərə, onların arzu etdikləri halda həyata keçirdikləri əməliyyatın təfərrüatları haqqında məlumat onların elektron ünvanına da göndərilə bilər.

"Azericard" sisteminin köməyi ilə "Bank of Baku", "Bank Technique", "Expressbank", "TuranBank", "Bank Respublika", Azərbaycan Beynəlxaql Bankı, "Bank Avrasia" və "Bank Silk Way"də kreditlərin ödənişi mümkündür.

Hazırda "Azericard" şəbəkəsində 1,5 min bankomat, 30 minə yaxın POS-terminal və təxminən 2 milyon kart fəaliyyət göstərir.

Bu gün "Azericard"a 30 bank xidmət göstərir. Azərbaycanda 44 bank çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti