...

DSMF sosial müavinətlərin verilişini avtomatlaşdırıb

Telekommunikasiya Materials 2 May 2014 12:55 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) əhaliyə icbari dövlət sosial sığorta vəsaitlərinin hesabına müavinətlərin verilməsi prosedurunu avtomatlaşdırıb.
DSMF sosial müavinətlərin verilişini avtomatlaşdırıb

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) əhaliyə icbari dövlət sosial sığorta vəsaitlərinin hesabına müavinətlərin verilməsi prosedurunu avtomatlaşdırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə DSMF-nin Maliyyə-büdcə şöbəsinin müdiri Məmməd Nuriyev bildirib.

O deyib: "Bu xidmət Dövlət Fonduna müavinətlərin beş növünün alınması üzrə müraciətlərin verilməsini nəzərdə tutur. Onların arasında müvəqqəti iş qabiliyyətini itirən, hamiləlik və doğuş zamanı, yeni doğulan körpəyə görə, uşağa qulluq və ölümlə bağlı müavinətlərin verilməsi var".

Xidmət "Elektron hökumət" (e-gov.az) portalına birləşdirilib.

Onun sözlərinə görə, ötən il təqribən 210 min vətəndaş sosial müavinət alıb: "Bu prosesin avtomatlaşdırılması fondun göstərdiyi xidmətlərin şəffaflığını təmin etməyə imkan verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti