...

Azərbaycanda onlayn rejimdə elektron sənədlərin imzalanması mümkün oldu

Telekommunikasiya Materials 7 May 2014 13:27 (UTC +04:00)
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) elektron sənədlərin onlayn imzalanması üçün proqram məhsulu təqdim edir.
Azərbaycanda onlayn rejimdə elektron sənədlərin imzalanması mümkün oldu

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) elektron sənədlərin onlayn imzalanması üçün proqram məhsulu təqdim edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü MHM-in yaydığı məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, elektron sənədlərin imzalanması üçün təklif edilən mövcud "E-imzalayıcı" proqramı yalnız Windows əməliyyat sistemində işlədiyindən, digər əməliyyat sistemlərini istifadə edənlərə problemlər yaradır və istifadəçiləri ən yaxşı halda Windows əməliyyat sisteminə keçməyə məcbur edirdi.

Qeyd olunan problemləri nəzərə alaraq, Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri yeni texnologiyaların istifadəsi ilə mövcud "E-imzalayıcı" proqramını yenidən qurmaq, əməliyyat sistemləri və brauzerdən asılı olmayan, onlayn imzalanma zamanı istifadəçidən minimal əməliyyat icrası tələb edən, rahat dizayna malik, eyni zamanda mövcud olan sistemə inteqrasiya edilmək imkanında olacaq tam yeni proqram məhsulu hazırlamışlar. Bu proqram məhsulunun köməyi ilə sənədlərin birbaşa olaraq veb üzərindən imzalanması mümkün olmaqla yanaşı, istənilən brauzerlərdə və əməliyyat sistemlərində istifadəsi, elektron sənəd mübadiləsi sistemlərində tətbiqi mümkündür.

Proqramın hazırlanmasında əsas məqsəd elektron imzanın tətbiqi sahəsinin genişləndirilməsi, elektron sənəd dövriyyəsinin sürətləndirilməsi, "E-hökumət" portalı vasitəsilə istifadəçi sahəsinin daha da artırılması və onlara daha asan xidmətin göstərilməsidir.

Proqram Azərbaycan, rus və ingilis dillərindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti