...

"Nar Mobile"dan regionlarda yaşayanlara əla xəbər

Telekommunikasiya Materials 8 May 2014 17:34 (UTC +04:00)
Artıq bölgələrdə ünsiyyət daha sərfəli oldu!
"Nar Mobile"dan regionlarda yaşayanlara əla xəbər

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile" sərfəli qiymət siyasətinə sadiq qalaraq abunəçilərinə ən sərfəli təkliflərini təqdim etməkdə davam edir.

Mobil operator bölgələrdə yaşayan abunəçilərin rahatlığı üçün yeni "Sənin 3-ün" tarifini təqdim edib. Yeni tarifə görə regionlarda və bölgələrdə yaşayan abünəçilər "Sənin 3-ün" tarifinə qoşulub, bölgələrdə bütün Azərbaycanla dəqiqəsi cəmi 3 qəpiyə danışmaq imkanını əldə edir.

"Sənin 3-ün" tarifi çərçivəsində zəng, mesaj və internet xidmətləri üçün aşağıdakı qiymətlər təklif olunur:

Xidmət

Qiymət (qəpiklə)

Ölkədaxili səsli və video zəngin dəqiqəsi*

3

SMS

3

MMS

5

İnternet (1 MB)

20

Mobil TV (1 MB)

10

"Sənin 3-ün" tarifinə qoşulmaq üçün aşağıdakı üsullardan birini seçmək lazımdır:

• "Senin" yazıb 777 qısa nömrəsinə mesaj göndərmək;
• *777#994#YES şifrəsini yığmaq

Tarif və xüsusi qeydlər barədə ətraflı məlumatı aşağıdakı linklərdən əldə etmək olar:
https://www.narmobile.az/pages/default/pageName=tariff_catalog&id=493/
http://www.youtube.com/watch?v=65UEUDYc8GQ

Məqalədə:
Xəbər lenti

Xəbər lenti