...

Azercell-də mobil internet indi daha sərfəli

Telekommunikasiya Materials 5 İyun 2014 14:31
50 MB internet trafiki cəmi 0,25 AZN-a
Azercell-də mobil internet indi daha sərfəli

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom" MMC mobil internet abunəçiləri üçün daha bir sərfəli təkliflə çıxış edir.

Belə ki, 3 iyun tarixindən etibarən Azercell Fakturalı, eləcə də Fakturasız xətt abunəçiləri üçün 50 MB internet trafikini 0,25 AZN-ə əldə etməyə imkan verən "Günlük İnternet" xidməti istifadəyə verildi. Bu zaman abunəçilərin əldə etdikləri internet paketinin istifadə müddəti 24 saatdır. 24 saatdan sonra paket avtomatik olaraq yeniləcək. Bu sərfəli təklifdən yararlanmaq üçün abunəçilər 2525 nömrəsinə 50 və ya 50 MB yazıb göndərməlidirlər.

Qeyd edək ki, "Azercell Telekom" mütəmadi olaraq mobil internet istifadəçiləri üçün endirimli kampaniyalar və sərfli xidmətlər təklif edir. Bir müddət bundan öncə şirkət abunəçiləri üçün "Fərdi paket" xidmətini istifadəyə verib. Azərbaycanda ilk dəfə təqdim olunan bu yenilik "Azercell" abunəçilərinə maksimal dərəcədə müsbət müştəri təcrübəsi və şəffaflıq təmin etməklə, yalnız bir əməliyyatın köməyi ilə məhz onlara gərəkli olan həcmdə xidmətləri seçməyə imkan verir.

Əlavə olaraq bildirmək istərdik ki, 2013-cü ildə "Ookla Net Index" göstəricisinə əsasən, Azərbaycanda ən yüksək mobil internet sürətini - saniyədə 5.5 MB - məhz "Azercell" təmin edir. Şirkətin hər ikinci abunəçisinin fəal mobil internet istifadəçisi olduğu halda, "Azercell" müştəriləri arasında mobil internetdən istifadənin artım göstəricisi 120%-dən artıq olub.

Məlumat üçün bildirək ki, son 2 il ərzində "Azercell" mobil internetin 1 MB üçün olan qiymətini 13 dəfə aşağı salıb. Etibarlı rabitə və unikal xidmətlərlə bərabər, "Azercell" öz abunəçilərini hər zaman olduğu kimi, yeni kampaniyalar və sərfəli tarif planları ilə sevindirməkdə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti