...

Azərbaycan Kosmik Əməkdaşlıq üzrə Asiya-Sakit okean təşkilatına daxil olmaq prosedurlarını öyrənir

Telekommunikasiya Materials 5 İyun 2014 13:02 (UTC +04:00)
Azərbaycan Kosmik Əməkdaşlıq üzrə Asiya-Sakit okean (APSCO - "Asia-Pacific Space Cooperation Organization") təşkilatına daxil olmaq məsələsini öyrənir.
Azərbaycan Kosmik Əməkdaşlıq üzrə Asiya-Sakit okean təşkilatına daxil olmaq prosedurlarını öyrənir

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Kosmik Əməkdaşlıq üzrə Asiya-Sakit okean (APSCO - "Asia-Pacific Space Cooperation Organization") təşkilatına daxil olmaq məsələsini öyrənir. Trend-in məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin cümə axşamı yaydığı xəbərdə deyilir.

Məlumatda qeyd olunur ki, təşkilatla əməkdaşlığın perspektivlərinə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ilə APSCO baş katibi Calal Unver və qurumun baş direktoru Murad Yaşar Bayrak ilə görüş zamanı baxılıb.

Məlumata görə, Azərbaycan tərəfi müvafiq sənədlərin təqdimatından sonra APSCO-ya daxil olmaq prosedurunu öyrənməyə hazırdır.

Kosmik məkanın tədqiqi və mənimsənilməsi sahəsində beynəlxalq təşkilata (APSCO) Banqladeş, İran, Çin, Monqolustan, Pakistan, Peru, Tailand və Türkiyə kimi ölkələr daxildir.

Təşkilatın hədəfi kosmik elmin və texnikanın dinc tətbiqi sahəsində əməkdaşlıq üçün əsas yaradılması yolu ilə iştirakçı ölkələrin birgə kosmik proqramlarının inkişafı, texnoloji tədqiqatlar və hazırlamalar, hazırlama və kosmosun öyrənilməsi layihələrinin reallaşdırılması, kadrların hazırlanması kimi sahələrdə effektiv ölçülərin qəbulunda üzv dövlətlərə yardım etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti