...

İsveç Krallığının rəsmi nümayəndə heyəti "Azercell Telekom" MMC-də olub

Telekommunikasiya Materials 13 İyun 2014 17:08 (UTC +04:00)
İyunun 11-12 tarixlərində İsveç Krallığının rəsmi nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakı şəhərinə səfər edib. Səfərin əsas məqsədi “bizneslərlə hökümət” və “bizneslərlə bizneslər” arasında münasibətin möhkəmləndirilməsi, həmçinin İsveç şirkətləri üçün Azərbaycanda yeni sərmayə imkanlarının araşdırılması idi.
İsveç Krallığının rəsmi nümayəndə heyəti "Azercell Telekom" MMC-də olub

Azərbaycan, Bakı, 13 iyun /Trend/

İyunun 11-12 tarixlərində İsveç Krallığının rəsmi nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakı şəhərinə səfər edib. Səfərin əsas məqsədi "bizneslərlə hökümət" və "bizneslərlə bizneslər" arasında münasibətin möhkəmləndirilməsi, həmçinin İsveç şirkətləri üçün Azərbaycanda yeni sərmayə imkanlarının araşdırılması idi.

Ticarət naziri xanım Eva Börlinqin rəhbərliyi altında səfər edən İsveç rəsmilərindən ibarət nümayəndə heyətini müxtəlif sahələri təmsil edən İsveç iş adamları da müşayiət edirdi. Onlar Azərbaycanda İsveç şirkətləri üçün yeni sərmayə imkanlarının asanlaşdırılması və genişləndirilməsində, ümumiyyətlə, Azərbaycan-İsveç əlaqələrinin təşviqində maraqlı olan "Biznes İsveç" - İsveç Ticarət və Sərmayə Şurasını təmsil edirdilər.

Səfərin rəsmi görüşlərin sırasına, həmçinin İsveç biznesinin hzırda Azərbaycanda ən böyük sərmayəsi və "TeliaSonera" Qrupuna aid olan "Azercell Telekom" MMC-nın rəhbərliyi ilə görüş daxil idi. İsveç Krallığının səfiri Mikael Erikson, müvəqqəti işlər vəkili Tomas Danestad və biznes məsələləri üzrə direktor Maykl Yohansonun iştirakı ilə keçirilən görüşdə qonaqlara ölkənin tarixi, mədəniyyəti və iqtisadiyyatı, həmçinin telekommunikasiya bazarının lider şirkəti olan Azercell-in nailiyyətləri və strateji məqsədləri barədə məlumat verildi.

E.Börlinqin rəhbərliyi altında həyata keçirilən rəsmi səfər çərçivəsində iyunun 12-də İsveç Krallığının Azərbaycandakı səfirliyinin açılışı baş tutdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti