...

Azərbaycanın mobil operatorları arasında ilk təsdiqlənmiş "Facebook" səhifəsi statusu Azercell-də!

Telekommunikasiya Materials 27 İyun 2014 17:06 (UTC +04:00)
Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom" sosial media kanallarındakı fəaliyyətinə görə həm izləyicilərin, həm də tədqiqatçıların hər zaman diqqət mərkəzindədir.
Azərbaycanın mobil operatorları arasında ilk təsdiqlənmiş "Facebook" səhifəsi statusu Azercell-də!

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom" sosial media kanallarındakı fəaliyyətinə görə həm izləyicilərin, həm də tədqiqatçıların hər zaman diqqət mərkəzindədir.

Azercell-in ölkəmizdə sosial media sahəsində nail olduğu daha bir əhəmiyyətli yenilik aid olduğu "TeliaSonera" şirkətlər qrupunun təşəbbüsü ilə rəsmi "Facebook" səhifəsi üçün təsdiqlənmiş (verified) statusunu alması oldu.

Məlumat üçün bildirək ki, Avropanın və Amerikanın bəzi nüfuzlu şirkətləri bu statusu əldə ediblər. Onu da qeyd edək ki, istifadəçilərin sayına görə Azercell-in "Facebook" səhifəsi (http://www.facebook.com/azercell) ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur. Hazırda Azercell-in rəsmi "Facebook" səhifəsinin istifadəçilərinin sayı 360 000 nəfəri ötüb və bu rəqəm gündən-günə artmaqdadır. Yüksək istifadəçi sayı ilə bərabər "Azercell", həmçinin səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından 3 dəfə "Socialbakers" beynəlxalq tədqiqat təşkilatının "Socially devoted" (Sosial sədaqətli) sertifikatı ilə təltif edib.

İlk dəfə 2012-ci ildə "Facebook" səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə "Azercell" ölkədə "Socially devoted" adına layiq görülmüş ilk mobil operator olub. 2014-cü ilin I rübündə sualların operativ şəkildə cavablandırılmasına görə Azercell-in bu göstəricisi 97%-ə bərabər olub və şirkət ən qısa zamanda bu rəqəmi 100% çatdırmağı planlaşdırır.

Ümumiyyətlə, "Azercell" sosial şəbəkələrdə rəsmi səhifə yaradan ilk mobil operator olub. "Azercell" hazırda sosial şəbəkələrdə müştəri xidmətlərini tətbiq edən yeganə operatordur. Məhz bu yanaşma nəticəsində, mobil operatorun abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər.

Məlumat üçün onu da bildirək ki, "Azercell" Azərbaycanda çalışan bütün şirkətlər arasında öz "Twitter" səhifəsi üçün təsdiqlənmiş (verified) statusu alan ilk şirkət olub.

"Azercell" şirkətinin sosial media kanalları vasitəsilə həyata keçirdiyi yüksək səviyyəli xidmət və yeniliklər bundan sonra da istifadəçiləri sevindirməyə davam edərək Azərbaycanda nümunəvi onlayn xidmətləri modelini nümayiş etdirəcək.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti