...

28 Cinema "Ulduzum" istifadəçilərinə hər ikinci bileti pulsuz təqdim edir

Telekommunikasiya Materials 28 Avqust 2014 14:37 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti abunəçilərin nəzərinə çatdırır ki, hər həftənin cümə axşamı günü "Ulduzum" istifadəçiləri “28 Cinema”dan bilet alarkən onlara hər ikinci bilet pulsuz təqdim olunacaq.
28 Cinema "Ulduzum" istifadəçilərinə hər ikinci bileti pulsuz təqdim edir

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti abunəçilərin nəzərinə çatdırır ki, hər həftənin cümə axşamı günü "Ulduzum" istifadəçiləri "28 Cinema"dan bilet alarkən onlara hər ikinci bilet pulsuz təqdim olunacaq.

Pulsuz bileti almaq çox asandır. "Ulduzum" proqramının üzvləri "*" yazıb 5555-ə SMS yollamaqla 4 rəqəmli şifrə əldə edirlər (SMS-in qiyməti 3 qəpikdir). Hər həftənin cümə axşamı günü bilet alarkən "28 Cinema" kassirinə bu 4 rəqəmli şifrəni təqdim etdikdə "Ulduzum" üzvlərinə hər ikinci bilet avtomatik olaraq pulsuz təqdim olunacaq.

"28 Cinema" Azərbaycanın premium kinoteatrıdır. Kinoteatrda altı kino zalı var ki, bu da kinoteatrın repertuarını daha rəngarəng etməyə imkan verir. "28 Cinema" kinoteatrında ən yeni "Enhanced 4K" texnologiyasının istifadəsi ilə yeni nəsil "Barco" rəqəmsal proyektorları quraşdırılıb. Bu texnologiya ekranlarda ən yüksək səviyyəli dəqiq təsviri və təsvirin yüksək parlaqlığını təmin edir. Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq, bu kinoteatrda yeni "Xpand 3D" sistemi təqdim edilib.

"Ulduzum" proqramına üzv olmaq üçün "1" yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq yetərlidir.

Yaradıldığı gündən etibarən bir ildən az müddət ərzində "Ulduzum" proqramına 500 mindən çox abunəçinin qoşulması və partnyorların müxtəlif təkliflərdən faydalanması bu proqramın uğurlu olmasının bir göstəricisidir.

Hazırda 120-dən çox partnyoru olan bu proqramın partnyorları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksesuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.

www.ulduzum.az saytında "Ulduzum" proqramının partnyorlarının siyahısı, onların təklif etdiyi endirimlər və daha ətraflı məlumatı əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti