...

Azərbaycanın elektron imzası beynəlxalq səviyyədə tanınıb

Telekommunikasiya Materials 29 Avqust 2014 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzi (MHM) ISO/IEC 27001:2005 standartının tələblərinə uyğun olaraq İnformasiya Təhlükəsizliyinin İdarə olunması Sistemini tətbiq edib. Bu barədə Trend MHM-ə istinadən məlumat verir.

Mərkəz bu beynəlxalq informasiya təhlükəsizliyi standartı üzrə sertifikatlaşmadan keçən ilk dövlət strukturudur.

MHM Azərbaycanda açıq açar infrastrukturunun operatorudur. Sertifikatın alınması sertifikatlı xidmətlərin milli mərkəzinin fəaliyyətinin təminatını beynəlxalq standartlara əsasən təsdiq edir.

Standartın tətbiqi "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində xüsusi aktuallıq kəsb edir. Elektron xidmətlərin ISO 27001 standartına uyğun sertifikatlaşması şəffaflığı təmin etməyə və vətəndaşların həmin xidmətlərə çıxışını sadələşdirməyə imkan verir.

ISO 27001 təşkilatın öz informasiya resurslarını müdafiə etmək qabiliyyətinin nümayişi üçün informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminə tələbləri müəyyən edir.

Bu gün milli qanunverici aktların əksəriyyətində elektron imzanın beynəlxalq səviyyədə tanınması məsələsi (onunla bağlı açarlar və onların sertifikatları) müvafiq qaydaların əlavə edilməsi ilə təmin olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti