...

TASİM-in biznes modelinin hazırlanmasının ilkin tarixi açıqlanıb

Telekommunikasiya Materials 24 Sentyabr 2014 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) tikinti layihəsinin biznes modelinin hazırlanması üzərində iş sentyabrın sonunadək başa çatacaq. Bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə əsasən, sənəd TASİM layihəsinin iştirakçıları tərəfindən hazırlanır. Sənəd trafikin necə idarə ediləcəyini, investisiya və gəlirlərin bölüşdürülməsini ehtiva edir.

Hazırda növbəti illər ərzində Türkiyə və Çin bazarlarının internet xidmətlərinə olan tələbatının artması perspektivi də öyrənilir.

Müzakirələrin mövzusu, həmçinin Azərbaycan və Qazaxıstan arasında kabel magistralının Xəzər seqmentinin salınmasıdır və Türkmənistan istiqamətində alternativ sualtı marşrutun tikintisi imkanı öyrənilir.

Hazırda TASİM layihəsinə Rusiya (operator "Rostelekom"), Qazaxıstan ("KazTransKom"), Türkiyə ("TurkTelecom"), Çin ("ChinaTelecom") cəlb edilib. Azərbaycan layihədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi ilə təmsil olunub.

Tikinti işlərinə 2016-ci ildə başlamaq planlaşdırılır.

TASİM-in reallaşdırılması Qərbi Avropa və Sakit okean hövzəsi ölkələri arasında "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti