...

Azərbaycanda "Elektron pul kisəsi" tətbiq olunacaq

Telekommunikasiya Materials 20 Oktyabr 2014 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Bu ilin sonuna qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "GoldenPay" şirkəti ilə birlikdə ölkəmizdə yeni layihə olan "Elektron pul kisəsi" layihəsinin tətbiqini planlaşdırır. Trend xəbər verir ki, bu barədə MHM-in bazar ertəsi yayadığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, "Elektron pul kisəsi" texnologiyasından bütün növ elektron imza kartlarının sahibləri faydalana biləcəklər.

Bunun üçün "Elektron hökumət" portalı (e-gov.az) və "rabita.az" saytlarında onlayn ödəniş prosesində kartların seçimi zamanı siyahıda "VİSA/VİSA Elektron", "Master Card/Maestro" kartlarından başqa "Elektron imza kartı" da göstəriləcək. "Elektron pul kisəsi" üçün hesabın açılması MHM-də aparılacaq. Bunun üçün vətəndaş şəxsiyyət vəsiqəsini və onun adına olan istənilən növ elektron imza kartını təqdim etməli olacaq.

Məlumata görə, "Elektron pul kisəsi" texnologiyası, o cümlədən onun prosessinqi Məlumat Hesablama Mərkəzinin proqram təminatı əsasında aparılacaq və heç bir xarici şirkətdən asılılıq olmayacaq. Bu texnologiyanın üstünlüklərindən biri də ondan ibarətdir ki, ödəniş prosesində vətəndaş onun hesabında qalan vəsaiti dərhal görə biləcək və kart məlumatları prosessinqə avtomatik ötürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti