Azərbaycan, Bakı, 3 noyabr /Trend/
"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) və "Coca-Cola" şirkətinin Azərbaycanda birgə həyata keçirdiyi "Youth Inc." proqramı çərçivəsində gənc sahibkarlar üçün silsilə təlimlərə start verilib.
"Youth Inc." proqramı DVC tərəfindən "Coca-Cola" şirkətinin dəstəyi ilə həyata keçirilir. Proqram gənc sahibkarların təşəbbüslərinin dəstəklənməsi əsasında gənc sahibkarlığın inkişafına xidmət edir. Proqramın əsas tərəfdaşları Azərbaycan Gənclər və İdman Nazirliyi, "Coca-Cola" şirkəti və DVC-dir. "Coca-Cola"nın əsas məqsədlərindən biri Azərbaycanda gənclərin sahibkarlıq potensialına imkan yaratmaqdır. "Coca-Cola" öz resurslarından yerli icmaların inkişafına investisiya qoyur. Son iki ildə "Youth Inc." çərçivəsində 8 yeni şirkət qurulub, 5 minə yaxın gənc proqramın müxtəlif tədbirlərində iştirak edib.
ATV telekanalında yayımlanan "İdeya Qazandı!" işgüzar televiziya müsabiqəsində iştirak hüququ qazanan gənc sahibkarlar üçün keçirilmiş ilk təlimdə 30-a yaxın gənc sahibkar iştirak edib. İştirakçılar biznes ideyanın təqdim olunması, layihələndirilməsi və başqa mövzular ətrafında bilik və bacarıqlara yiyələniblər.
Təlimin iştirakçısı Ramin Səmədov həyata keçirilən təlimin gənc sahibkarlara fayda verdiyini və müsabiqədə uğurlu nəticələr əldə etmək üçün bir vasitə olduğunu vurğulayıb.
Təlimin digər iştirakçısı Təbrizə Quliyeva isə təlimdən sonra sahibkarlıq fəaliyyəti haqqında yeni biliklər əldə etdiyini bildirib, həmçinin müsabiqədə iştirakı zamanı bu biliklərdən istifadə edəcəyini və müsabiqədən uğurlu nəticələr əldə edəcəyinə inandığını bildirib.
Proqram çərçivəsində növbəti təlimlər 1-2 noyabr tarixlərində təşkil olunacaq. "İdeya Qazandı!" işgüzar televiziya müsabiqəsində iştirak hüququ qazanan gənc sahibkarlar təlimlərin təşkili üzrə məsul şəxs - Günay Əzizova ([email protected], (+994 12) 441-16-27) ilə əlaqə saxlaya bilərlər.
Xatırladaq ki, "İdeya Qazandı" televiziya müsabiqəsi Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti tərəfindən tərəfdaşları ilə birgə həyata keçirilən biznes formatlı ilk televiziya verilişidir.
DVC 1998-ci ildən fəaliyyət göstərir və Azərbaycanın 45 regionunda 33 min üzvü əhatə edir. DVC Azərbaycanda gənc sahibkarlara dəstək və biznes inkubatorların yaradılması proqramı "Youth Inc."in müəllifidir. Proqramın inkişafı çərçivəsində təşkilat AmCham (Amerika-Azərbaycan Ticarət Palatası), JEUNE (Avropa Gənc Sahibkarlar Assosiasiyası) və NBIA (Milli Biznes İnkubatorlar Assosiasiyası) tamhüquqlu üzvü olub.
"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət istehlakçılara 500-dən çox qazlı və qazsız sərinləşdirici içki brendini təqdim edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli və tanınmış brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 17 mlrd. ABŞ dolları olan brendlər daxildir: "DietCoke", "Fanta", "Sprite", "Coca-ColaZero", "vitaminwater", "Powerade", "MinuteMaid", "Simply" və "Georgia Coffee". Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər.
"Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP 10-luğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com
Bizi eləcə də "Twitter"də twitter.com/CocaColaCo, bizim bloqda, Coca-Cola Unbottled, www.coca-colablog.com saytında və ya "LinkedIn"də www.linkedin.com/company/the-coca-cola-company izləyə bilərsiniz.