...

ULTRA "EduMan"ın tətbiqinə start verdi

Telekommunikasiya Materials 2 Fevral 2015 10:26 (UTC +04:00)
“ULTRA Technologies” şirkəti təhsil sektorunda “EduMan - Təhsil Müəssisələrinin Tədris Proseslərinin Avtomatlaşdırılması” sisteminin genişmiqyaslı tətbiqinə start verdi.
ULTRA "EduMan"ın tətbiqinə start verdi

Azərbaycan, Bakı, 2 fevral /Trend/

"ULTRA Technologies" şirkəti təhsil sektorunda "EduMan - Təhsil Müəssisələrinin Tədris Proseslərinin Avtomatlaşdırılması" sisteminin genişmiqyaslı tətbiqinə start verdi. Artıq bir neçə dövlət təhsil müəssisəsində istifadəyə verilmiş və özünü dogrultmuş sistemin "Baku Oxford School"da (BOS) tətbiqinə cari ilin əvvəlindən başlanıldı.

"EduMan" müəllim və tələbə arasında qarşılıqlı tədris fəaliyyətinin genişlənməsi, müəllimlərin tədris planlarına nəzarət etməsi, təhsil resurslarının mərkəzləşdirilmiş saxlanılma qaydalarının təşkili, statistik və analitik hesabatlar üzrə informasiyanın toplanılması, təşkil olunacaq imtahanların daha effektiv və mərkəzləşdirilmiş yolla aparılması, imtahan şəffaflığının və effektliyinin artırılması, tədris üzrə təşkilati strukturun idarə edilməsi, əvvəlcədən müəyyən edilmiş tədris üzrə hesabatların hazırlanması və s. kimi geniş imkanlar təqdim edir.

Sistemin qurulmasının ilkin mərhələsində şirkətin analitiklərdən ibarət nümayəndə heyətinin müxtəlif yerli və xarici təhsil müəssisələrində apardıqları tədqiqatlar və peşəkar mütəxəssislərdən aldıqları tövsiyələr "EduMan - Təhsil Müəssisələrinin Tədris Proseslərinin Avtomatlaşdırılması" sisteminin funksional göstəricilərinin genişləndirilməsinə imkan yaradıb. Sistem veb əsaslı texnologiyalar əsasında qurulduğu üçün istənilən kompüterdən həm daxili şəbəkə vasitəsilə, həm də internet şəbəkəsi vasitəsilə məlumatların ötürülməsi, dərs cədvəllərinin qurulması, müəllimlərə aid olan planların (Mövzu - təqvim planı, gündəlik plan, fərdi plan) hazırlanması, təşkilati strukturda aparılan düzəlişlərin əlavə edilməsi, müxtəlif ölçüdə hesabatların hazırlanması və onların MS OFFICE proqramı ilə inteqrasiyasının təmin edilməsi kimi üstün imkanlara malikdir.

Qeyd etmək lazımdır ki, "EduMan" Azərbaycan Təhsil Nazirliyi tabeliyində olan Bakı Kompüter Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan Maliyyə-İqtisad Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Bakı Neft-Energetika Kollecində tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti