...

Əli Abbasov: Azərbaycanın ikinci peyki ABŞ və Fransa şirkətləri ilə reallaşdırılacaq

Telekommunikasiya Materials 6 Fevral 2015 12:52 (UTC +04:00)
Azərbaycanın "Azerspace-2" telekommunikasiya peykinin buraxılışı layihəsi Amerika və Fransa şirkətləri ilə birgə reallaşdırılacaq.
Əli Abbasov: Azərbaycanın ikinci peyki ABŞ və Fransa şirkətləri ilə reallaşdırılacaq

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın "Azerspace-2" telekommunikasiya peykinin buraxılışı layihəsi Amerika və Fransa şirkətləri ilə birgə reallaşdırılacaq. Trend xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, ikinci peykin orbitə buraxılması 2017-ci ilə planlaşdırılıb və hazırda bu istiqamətdə iş aparılır: "Azərbaycanın peyk proqramı uğurla həyata keçirilir. Məlum olduğu kimi, birinci peyk orbitə 2013-cü il fevralın 8-də çıxarılıb və artıq iki ildir istismardadır. Bu ilin sonuna kimi birinci peyk artıq öz xərcini çıxarmağa başlayacaq, sonrakı illərdə isə o, gəlir verməyə başlayacaq".

Ə.Abbasov deyib ki, Azərbaycanın sayca ikinci aşağıorbitli peyki Azərbaycan tərəfinə 2014-cü il dekabrın 2-də verilsə də, o, artıq gəlir gətirməyə başlayıb: "Onun resurslarından həm əcnəbi, həm də yerli sifarişçilər faydalana biləcəklər və peykin bu il gəlir gətirməyə başlayacağı gözlənilir. 2017-ci ildə orbitə buraxılması planlaşdırılan ikinci telekommunikasiya peykinə gəldikdə, biz artıq bu istiqamətdə iş aparırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti