Ekspert Fərhad Əmirbəyov
Azərbaycanın keçirdiyi sənayeləşdirmə göstərir ki,biz ümumi dünya trendindəyik. İnkişaf edən dünya istehlakın iqtisadi modelindən istehsalat modelinə, yeni texnoloji bazasında istehsalata gedir.
Mənim firkimcə, biz qloballaşma böhranının və digər dünyanın, reqionlaşma dünyasının şahidləriyik. Yaranan şərait Azərbaycana yeni texnoloji bazasında sənaye yaratmaq kimi unikal şans verir. Məhsulları kiçik seriyalarla istehsal edə biləcək və bununla belə yüksək gəlirlilik əldə edə bilən sənayeni. Bu zaman yüksək əmək istehsalı olan, işçisi az olan və ya işçisi olmayan müəssisələrin yaradılması ümumi trend olur.
Azərbaycanın daxili bazarının kiçik tutumunu nəzərə alaraq, müəssisələr ilk əvvəl öz məhsullarının eksportuna istiqamətlənməlidirlər. Beləliklə, onlar xarici bazarda sərt rəqabətdən qaça bilməzlər. Belə qabaqcıl istehsalatların yaradılması mühüm kapital investisiyalar tələb edəcək, buna da beynəlxalq kapital bazarına çıxışı olan nəhəng korporasiyaların gücü çatır.
Additiv texnologiyalar minlərlə az pul vəsaiti olan yeni istehsalçılara bazara çıxmağa imkan verir.Bu texnologiyalar hətta bir, unikal məhsulun ( tibb, zərgərlik məmulatları, elmi və mühəndis prototip və modelləri, ehtiyat hissələri) istehsalını gəlirli edirlər.Bəzi hallarda həm unikal əşyanın, həm xırda seriyaların istehsalına sifarişi yerinə yetirə biləcək mühəndis bürolarını yatarmağın mənası var. Bununla belə,sifarişdə hər vahidin öz fərdi keyfiyyətləri və xüsusiyyətləri ola bilər. Additiv texnologiyalardan istifadə edərək, siz çox tez məhsul və xidmətlərin yeni taxça bazarlarını (!) yarada, sonra isə sata və ya ləğv edə bilərsiniz..Bu bürolar istehsalatın həm yeni vasitələrini (3D printerlər, 3D skanerlər), həm ənənəvi ( məsələn, detalların bərkidilməsi, qalvanizləmə və s.) vasitələrini bir dam altında birləşdirməyə imkan verəcəklər.
Additiv texnologiyalar beynəlxalq rəqabətdən qaçmağa imkan verirlər, çünki gəlirin əldə edilməsi üçün istehsalatı artırmaq və deməli, böyük satış bazarlarını axtarmaq zəruriyyəti yoxdur. Deməli, kütləvi istehsalatın bəlası- yenidən istehsal və layihələrin gəlirliyinin tez aşağı düşməsi mövcud deyil.
Additiv texnologiyalardan geniş istifadə edən istehsalçılarının maddi və qeyri-maddi aktivlərinin cəm bazar qiyməti əsas texnoloji səlahiyyətləri olan əməkdaşların cəm bazar dəyərləri ilə müqayisədə çox aşağı və ya saymazyana kiçik olur. Əməyin təşkili, əmək bölgüsü və insani və peşəkar keyfiyyətlərinin birləşməsi köhnə sənayedə, robotlaşmış əhalisiz sənayedə və yeni müstəgil istehsalçılarda qəbul edilənlərdən tamamilə fərqlənir. Burada mən additiv texnologiyaları istifadə edən sahibkarları gəlir əldə edilməsinin əsasını keçmiş dövrlərin texnologiyaları və monopolizm təşkil edən bundan əvvəlki nəsl sahibkalarından fərqləndirmək üçün özüm kəşf etdiyim yeni termindən istifadə edirəm.
Yeri gəlmişkən, bizim banklar kreditləşmənin çox maraqlı obyekti kimi yeni yaranan müstəgil istehsalçılar sinifini nəzərə almalıdılrlar. Beləliklə, başlıqda verilən suala cavab vermək vaxtı çatdı. Bəli, Azərbaycan additiv texnologiyaları mənimsəməli və tətbiq etməlidir. Öz nöqteyi-nəzərimi əsaslandırmağa çalışaram.
Texnologiyanın özündən, onun imkanlarından digər məruzəçilər daha ətraflı danışarlar. Mən isə bu texnologiyanın bizim cəmiyyətə nə verəcəyinin üstündə dayanmaq istərdim.
İlk baxışdan bu paradoksal görsənə bilər, lakin SSRİ dağılandan sonra keçmiş sənaye çəmiyyəti zərərlə işləyən sahələrdə sosial dünyaya nail olmaq üçün iş yerlərini saxlamaq istəyi və milli iqtisadiyyatın rəqabət bacarığının artırılması zəruriyyəti arasında olan mürəkkəb dilemadan azad etdi.
3D printerlərin köməyi ilə istehsal etməyə başlamaq üçün bahalı sexləri, ambarları və s.tikmək , çox sayda işçi tutmaq lazım deyil. Additiv texnologiyalar- Azərbaycan üçün yeni müxtəlif məhsulların minlərlə müstəgil istehsalçının peyda olunması deməkdir. Azərbaycan hakimiyyətinin texnoparkların yaradılması və sənayenin əsas sahələrinin ( metallurgiya, kimya, aqrar sektor və s.) inkişafı yeni müstəgil istehsalçı sinifinin meydana çıxması üçün lazımi mühit yaradır. Azərbaycanda əsas sənaye sahələrinin əmələ gəlməsi additiv texnologiyaların köməyi ilə malların istehsalı üçün lazım olan material və xammalın daxili bazarını yaradacaq.
2011-ci ildə additiv istehsal bazarının təxminən 25 % son məhsulun istehsalı təşkil edirdi. Bazarın bu seqmenti dünyada hər il 60 % artır. Additiv texnologiyaların istifadəsi artıq əyləncə deyil. Nəhəng korporasiyalar onları fəal tətbiq edirlər. Məsələn, Boinq 3D printerlərini on müxtəlif növ təyyarələr üçün 200-dən çox detalların istehsalı üçün istifadə edir, Siemens 2014-cü ildən 3D printerlərini enerji hasil edən turbinlərə qolların istehsalı üçün istifadə etmək qərarına gəldi.
3D printerlərində sifarişlə ehtiyat hissələrini istehsal etmək bacarığı satışdan sonrakı təmir xidmətinin iqtisadiyyatını və sənayenin strukturunu dəyişə bilər. Additiv istehsal bazası olan nisbətən kiçik müəssisələr böyük anbarları əvəz edə bilərlər, xidmət üçün detalların çatdırılması üçün kənarda olan müəssisəslər cəlb oluna bilərlər: məsələn, hava limanlarında, xəstəxanalarda və ya böyük istehsal meydançalarında yerləşən kiçik emalatxanalar (fablablar) avadanlıq üçün bilavasitə onun yığımı yerində ehtiyat hissələrini istehsal edə bilərlər. Pərakəndə satıcılar həmçinin fablabların istifadəsindən faydalana bilərdilər- məsələn, sifarişçilər onların tələblərinə uyğun məhsulları özləri yarada bilməkləri üçün.
Beləliklə, texnologiya bir çox sahələrdə kifayət qədər işlənilib və ölkə onları özündə tətbiq etməyə tam hazırdır.
Mətn " 3D-çap və skanlaşmanın qabaqcıl texnologiyaları" konfrasında edilmiş "Azərbaycana 3D-çap yenilikçi texnologiyası lazımdırmı?" məruzəsi əsasında tərtib edilib.