Azərbaycan, Bakı, 10 aprel /Trend/
Azərbaycanda aprelin 1-dək əldə olunan elektron imzaların ümumi sayı 30 704-ə çatıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, "Elektron hökumət" bülleteninin aprel buraxılışında əksini tapıb.
Dövlət qurumlarına verilən e-imza sertifikatlarının sayı 18 029 ədəd təşkil edib.
Hüquqi şəxslərə 5367, vətəndaşlara isə 7308 elektron imza sertifikatı verilib.