...

Əli Abbasov: Bakının ictimai yerlərində internetdən pulsuz istifadə etmək mümkün olacaq (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 29 Aprel 2015 14:24 (UTC +04:00)
Bakının ictimai yerlərində "Wi-Fi"ya simsiz giriş nöqtələri işə salınacaq.
Əli Abbasov: Bakının ictimai yerlərində internetdən pulsuz istifadə etmək mümkün olacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Bakının ictimai yerlərində "Wi-Fi"ya simsiz giriş nöqtələri işə salınacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazirin sözlərinə əsasən, parklar, I Avropa Oyunlarının (Olimpiya şəhərciyi) keçirildiyi yerlər, tədbirlərin keçirildiyi məkanlara yaxın ərazilər internetə simsiz girişlə əhatə olunacaq.

Ə.Abbasov qeyd edib ki, "Wi-Fi"ya giriş nöqtələrinin böyük əksəriyyəti, əsasən, mobil rabitə operatorları və provayderlər tərəfindən işə salınıb: "Biz onlara təklif edirik ki, onlar bu xidmətləri iki ay ərzində pulsuz göstərsinlər, sonra bu fəaliyyəti kommersiya əsasında həyata keçirə bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti