...

Çin növbəti dəfə Azərbaycanın TASİM layihəsini dəstəklədi

Telekommunikasiya Materials 19 May 2015 16:22 (UTC +04:00)
Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə mühüm əhəmiyyət verir.
Çin növbəti dəfə Azərbaycanın TASİM layihəsini dəstəklədi

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Hüseyn Vəliyev/

Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə mühüm əhəmiyyət verir. Bu barədə Trend-ə layihə üzrə işçi qrupunun rəhbəri Zaur Həsənov deyib.

Onun sözlərinə görə, Çinin TASİM-ə marağının səbəbi layihənin rabitənin yaxşılaşdırılması və Avropa ilə Asiya arasında yeni optik əlaqələrin yaradılmasına yönəlməsidir.

Z.Həsənov bildirib ki, TASİM-in planlaşdırılması məsələləri ilə tanış olmaq üçün Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycandan ekspert dəvət edib. Dəvətin məqsədi 2015-ci il 25-29 may tarixlərində WSIS-2015 forumu çərçivəsində Cenevrədə keçiriləcək sosial-iqtisadi inkişaf üzrə seminarın iştirakçılarına adıçəkilən layihəni təqdim etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti