...

KATV1 genişzolaqlı internetin qiymətini 30%-dək endirdi

Telekommunikasiya Materials 29 Sentyabr 2015 09:28 (UTC +04:00)
KATV1 kabel operatoru və internet provayderi oktyabrın 1-dən genişzolaqlı intrenetin qiymətlərinin 30 faizədək endirdinyini elan etdi. Artıq abunəçilər 8 Mbit/s intenetdən istifadəyə görə cəmi 18 AZN ödəyəcəklər.
KATV1 genişzolaqlı internetin qiymətini 30%-dək endirdi

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

KATV1 kabel operatoru və internet provayderi oktyabrın 1-dən genişzolaqlı internetin qiymətlərinin 30 faizədək endirdiyini elan etdi. Artıq abunəçilər 8 Mbit/s internetdən istifadəyə görə, cəmi 18 AZN ödəyəcəklər.

Qiyməti 23 AZN olan "TV+internet" (100 TV kanal+8Mbit/s internet) baza paketinin abunəçiləri isə internet xidmətindən istifadəyə görə daha az məbləğ, faktiki olaraq 13 AZN ödəyəcəklər. Hal-hazırda KATV1 fiziki şəxslərə və biznes qurumlarına genişzolaqlı internet xidməti təqdim edir.

Qeyd edək ki, KATV1 kabel televiziyası təkcə paytaxt Bakıda deyil Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində də internet xidməti təqdim edir.

Ətraflı məlumatı 127 nömrəli telefon məlumat mərkəzindən və KATV1 kabel televiziyasının facebook sosial şəbəkəsindəki səhifəsindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti