...

"Nar" "ITU Telecom World" beynəlxalq sərgisində iştirak edir

Telekommunikasiya Materials 12 Oktyabr 2015 13:59 (UTC +04:00)
“Nar” Budapeştdə keçirilən “ITU Telecom World - 2015” beynəlxalq sərgisində iştirak edir.
"Nar" "ITU Telecom World" beynəlxalq sərgisində iştirak edir

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

12-15 oktyabr 2015-ci il tarixləri arasında Macarıstanın Budapeşt şəhərində "ITU Telecom World - 2015" beynəlxalq sərgisi keçirilir.

Azərbaycanın İKT nümayəndə heyətinin tərkibində bu beynəlxalq tədbirdə təmsil olunan "Nar" sərgidə təşkil edilmiş milli pavilyonumuzda özünün ən son nailiyyətlərini - müxtəlif məhsul və xidmətlərini dünya ictimaiyyətinə təqdim edir.

"Azerfon" şirkətinin rəhbərliyi də daxil olmaqla, bu beynəlxalq forumda iştirak edən "Nar" əməkdaşları sərgi günləri ərzində İKT sahəsinin inkişaf tendensiyalarını müşahidə etmək, beynəlxalq praktikanın yeni istiqamətlərini dəyərləndirmək və geniş təcrübə mübadiləsi aparmaq imkanı qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti