...

Azercell-in dəstəyi ilə Milli Net-in qalibləri bəlli oldu

Telekommunikasiya Materials 21 Dekabr 2015 17:40 (UTC +04:00)
"Azercell Telekom" MMC-nin artıq 7 ildir dəstək olduğu Azərbaycanın ilk və yeganə peşəkar internet mükafatı olan Milli Net-in qalibləri bəlli olub.
Azercell-in dəstəyi ilə Milli Net-in qalibləri bəlli oldu

Bakı. Trend:

Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom" MMC-nin artıq 7 ildir dəstək olduğu Azərbaycanın ilk və yeganə peşəkar internet mükafatı olan Milli Net-in qalibləri bəlli olub.

Bu il müsabiqəyə 14 nominasiya üzrə 374 internet resursu təqdim olunub ki, onlardan da yalnız 299 sayt yarışmaya buraxılıb.

Münsiflər heyəti 2-ci səsvermə prosesində 97 nominant arasından ən yaxşılarını seçib. Təqdimat mərasimində "Azercell" şirkətinin Korporativ Ünsiyyət Bölümünün rəhbəri Nigar Şıxlinskaya çıxış edərək Milli Net müsabiqəsinin ölkədə internetin, xüsusilə də mobil internetin və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, gələcəkdə də internetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı - hörümçək toru əks olunan buta təqdim olunub.

Məlumat üçün bildirək ki, Azərbaycan internetinin inkişafına təkan vermək, ən yaxşı milli internet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən müsabiqəyə cari ilin sentyabr ayında start verilib. Qeyd edək ki, "Azercell" Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına xidmət edən layihələri daim dəstəkləyir. "Azercell" Azərbaycan dilinin internetdə tətbiqinin genişləndirilməsinə yardım edən, milli internet resurslarının yaradılmasını stimullaşdıran belə təşəbbüslərin tərəfdarı kimi çıxış edib.

Ölkənin lider mobil rabitə operatoru "Azercell Telekom" öz öhdəliyinə sadiq qalaraq bundan sonra da bu cür layihələrə öz dəstəyini göstərməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti