...

Ailə Cinema videoservisi istifadəyə verildi

Telekommunikasiya Materials 29 Dekabr 2015 13:13 (UTC +04:00)
Ailə TV-dən daha bir yenilik. İndi Ailə TV Player sahibləri istədikləri film, serialları və maraqlı videoları Ailə Cinema bölməsindən öz televizorlarında izləyə biləcəklər.
Ailə Cinema videoservisi istifadəyə verildi

Bakı. Trend:

Ailə TV-dən daha bir yenilik. İndi Ailə TV Player sahibləri istədikləri film, serialları və maraqlı videoları Ailə Cinema bölməsindən öz televizorlarında izləyə biləcəklər.

"Caspian Telecom" Mətbuat xidmətindən Trend-ə verilən məılumata görə, Megogo.net videoservisi tərəfindən Ailə TV üçün hazırlanan Ailə Cinema bölməsi daha da təkmilləşdirilərək funksional imkanları genişləndirilib.

Ailə Cinemada üç film paketi mövcuddur: Premyeralar, Megogo+ və Filmlər. Filmlər paketindən istifadə tamamilə pulsuzdur, burada yüksək keyfiyyətdə orijinal filmlər toplanıb və mütəmadi olaraq yenilənir. Bütün Ailə TV Player sahibləri aylıq abunə keçirmədən belə Ailə Cinema-dan istifadə edə biləcəklər. Premyeralar paketində ən son filmləri Megogo+ paketində isə seçmə ödənişli filmləri izləmək olar.

Xatırladaq ki, satış qiyməti 50 AZN təşkil edən Ailə TV Player qurğuları istənilən televizoru Smart TV funksiyaları ilə təchiz edir və dünyanın istənilən yerindən həm yerli həm də xarici telekanalları seyr etmək imkanı yaradır.

Ailə TV Player-ləri Ailə TV filialları, şəhərimizin elektronika mağazaları və aile.tv saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti