...

Rabitə və yüksək texnologiyalar naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Telekommunikasiya Materials 2 May 2016 17:28 (UTC +04:00)

Bakı. Trend:

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 5 may 2016-cı il tarixdə saat 12:00-da Şamaxı şəhərində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Şamaxı rayonunda 02026 51466, Qobustan rayonunda 02024 52330, Ağsu rayonunda 02022 65099, İsmayıllı rayonunda 02028 54444 nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti