...

Kabel televiziyasının xidmətlərindən istifadə daha da ASANlaşdı

Telekommunikasiya Materials 9 Sentyabr 2016 11:54 (UTC +04:00)
Hər zaman müştərilərini müxtəlif yeniliklər və kampaniyalarla sevindirən KATV1 kabel televiziyası, bu dəfə də bir ilkə imza atıb.
Kabel televiziyasının xidmətlərindən istifadə daha da ASANlaşdı

Bakı. Trend:

Hər zaman müştərilərini müxtəlif yeniliklər və kampaniyalarla sevindirən KATV1 kabel televiziyası, bu dəfə də bir ilkə imza atıb. Şirkətdən Trend-ə verilən məlumata görə, abunəçilərin maksimum rahatlığı üçün müxtəlif tədbirlər həyata keçirən şirkətin paytaxt Bakıda, Xırdalan, Gəncə və Mingəçevir şəhərlərində 20 xidmət mərkəzi fəaliyyət göstərir.

Bununla kifayətlənməyən şirkətin xidmət spektorunun genişlənməsi və abunəçilərin istəklərinin daha operativ və çevik yerinə yetirlməsi üçün Bakı şəhərində yerləşən “ASAN” xidmət mərkəzlərində xidmət məntəqələri fəaliyyətə başlayır.

KATV1 kabel televiziyasının “ASAN” xidmət mərkəzlərindəki məntəqlərində abunəçilər İntenet və televiziya üçün aylıq abunə haqqlarının ödənməsi, qoşulma üçün sifarişlərin verilməsi lazimi televiziya paketlərinin seçimi, həmçinin mövçud paketin dəyişdirlməsi və digər əməliyyatlar yerinə yetirə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti