Bakı. Hüseyn Vəliyev - Trend:
“Yüksək texnologiyalar parkı” MMC-nin direktor müavini Kənan Bayramov direktor vəzifələrini müvəqqəti icra edən təyin olunub.
Bunu Trend-ə Azərbaycanın İT bazarındakı mənbə deyib.
K.Bayramov 2013-cü ilin aprelindən bəri cəmiyyətə rəhbərlik edən Seymur Ağayevi əvəz edib.
Qeyd edək ki, “Yüksək texnologiyalar parkı” 2012-ci ilin noyabrında yaradılıb.