Bakı. Trend:
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti ölkənin gənc və istedadlı developerlərinə dəstək göstərmək üçün genişmiqyaslı “AppLab” inkubasiya proqramını həyata keçirir.
Şirkətdən Trend-ə verilən məlumata görə, “AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
Bunlardan biri olan “ARZoom” proqramı “tamamlanmış reallıq” (“augmented reality”) texnologiyası əsasında layihələndirilmiş yeni nəsil marketinq və reklam alətidir. İnteraktiv kontentin hər hansı bir çap materialına əlavə edilməsinə imkan yaradan bu innovativ platforma həm mobil, həm də veb şəbəkə idarəetmə panelləri vasitəsilə idarə olunur və öz multifunksionallığı, geniş imkanları və eyni zamanda sadəliyi ilə seçilir. Həmçinin bu platforma müştərilərə birbaşa çıxış imkanı verən “hədəfləmə” funksionallığına malikdir. Bu alətdən istifadə edən istənilən şirkət öz məhsullarını seçilmiş auditoriyaya yeniliyi ilə fərqlənən innovativ bir tərzdə təqdim edə biləcək. Bu layihə 2017-ci ildə Bakcell şirkətinin “AppLab” mərkəzində inkubasiya prosesindən keçib və artıq 5000 istifadəçi tərəfindən Google Play və App Store rəqəmsal platformalarından yüklənib.
“ARZoom” proqramı Fərid və Araz Davudov qardaşları və onların komandası tərəfindən “Bakcell”in innovativ “AppLab” mərkəzinin avadanlığı və geniş imkanlarından istifadə edərək yaradılıb. Gənc developerlərimiz artıq ilk böyük müştərisini qazanıb. Belə ki, “ARZoom” komandası ən son texnologiya əsasında qurulmuş reklam xidmətlərinin göstərilməsi üçün öz artırılmış reallıq platforma xidmətlərini Türkiyənin məşhur mebel şirkətinə təqdim etməyə başlayıb. Buna baxmayaraq, platformanın daha da təkmilləşdirilməsinə yönəlmiş tədbirlər davam etdirilir və bu yaxınlarda proqrama “yerləşmə əsaslı artırılımış reallıq” (“location-based AR”) and “müasir təsvir tanınma” (“Advanced image recognition”) texnologiyaları əsasında yeni funksionallıq əlavə edilib.
Fərid Davudov bildirib.“Mənim fikrimcə “Bakcell”in dəstəyi olmasaydı, biz bu uğuru əldə edə bilməzdik. “AppLab” proqramı gənc developerlər üçün innovativ bir platformanı təmin etməklə onların ideyalarını həyata keçirməyə kömək edir. Ümid edirəm ki, bu layihə gənc startapçılara dəstək göstərməyə davam edəcək və biz yerli gənclərin daha böyük uğurlarının şahidi olacağıq”.
Qeyd edək ki, “ARZoom” platforması Bakcell şirkətinin “AppLab” lahiyəsinin digər məzunları ilə birgə “Bakutel-2017” sərgisinin çərçivəsində Bakcell stendində təqdim edilib və sərginin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
“AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim imkanları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
6500-dən artıq baza stansiyası ilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Ölkədə ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4G xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Hazırda Bakı və Abşeron sakinləri ilə yanaşı, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının əhalisi də Şirkətin təqdim etdiyi yüksək sürətli 4G internetindən istifadə edə bilirlər. 2018-ci ildə Bakcell özünün LTE şəbəkəsini ölkənin digər regionlarına doğru genişləndirir. Bakcell şirkəti Bakı metrosunda 4G xidməti təmin edən ilk mobil operatordur.
Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. 2017-ci ilin avqust ayında aparılan testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.