...

Azercell media nümayəndələri üçün təlim təşkil edir

Telekommunikasiya Materials 14 Sentyabr 2018 13:41 (UTC +04:00)
Azercell Telekom MMC media nümayəndələri üçün “Peşəkar mətbuatda sosial şəbəkə texnologiyaları: formatlar, mövzular, məhdudiyyətlər”mövzusunda təlim təşkil edir.
Azercell media nümayəndələri üçün təlim təşkil edir

Bakı. Trend:

21 sentyabr 2018-ci il tarixində Azercell Telekom MMC media nümayəndələri üçün “Peşəkar mətbuatda sosial şəbəkə texnologiyaları: formatlar, mövzular, məhdudiyyətlər”mövzusunda təlim təşkil edir. Təlim Ramada Baku otelinin (Salyan Şosesi,Şıxov çimərliyi,) “Meeting room”zalında 10.00-18.00 saatlarında baş tutacaq (kofe və nahar fasiləsi daxil olmaqla).

Jurnalistlərin gediş və dönüşü Azercell tərəfindən təşkil edilir. Təlimin sonunda jurnalistlərə sertifikatlar təqdim ediləcək.

Təlimdən sonra saat 19.00-da jurnalistlər Azercell rəhbərliyi və baş redaktorların da iştirak edəcəyi ziyafətə qatılacaqlar. Tədbir konsert proqramı, əyləncəli viktorinalar, lotereya oyunları və hədiyyələrlə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti