...

İran “Bakutel-2018” sərgisində milli pavilyonla təmsil olunacaq (FOTO)

Telekommunikasiya Materials 3 Noyabr 2018 11:09 (UTC +04:00)
İranla İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub.
İran “Bakutel-2018” sərgisində milli pavilyonla təmsil olunacaq (FOTO)

Bakı. Trend:

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) səlahiyyətli konfransı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində rəsmi səfərdə olan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İranın informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ilə görüşüb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, regional layihələrdə digər qonşu ölkələrlə (Türkiyə və Rusiya) birgə iştirak, təcrübə mübadiləsinin intensivləşdirilməsi, sərhədyanı ərazilərdə radiotezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik, kosmik sənaye, Azərbaycanın peyk resurslarından İranın istifadəsi, mobil rabitə və internet xidmətləri sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə, həmçinin İranın özəl İT şirkətlərinin Azərbaycanın İKT sektoruna cəlb edilməsi, bunun üçün 4-7 dekabr tarixlərində keçiriləcək “Bakutel-2018” sərgi-konfransının əlverişli platforma olduğu qeyd edilib.

İran tərəfi “Bakutel-2018” sərgisində İranın Milli pavilyonla təmsil olunacağını bildirib.

Kibertəhlükəsizliyin təmin olunmasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Eyni zamanda, startap ekosisteminin inkişaf etdirilməsi sahəsində birgə təcrübə mübadiləsi barədə də fikir mübadiləsi aparılıb.

Sonda görüş çərçivəsində müzakirə olunan məsələlərin Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclaslarında müzakirə olunması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti