...

Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb

Telekommunikasiya Materials 6 Fevral 2019 10:00 (UTC +04:00)
Hazırda Şamaxı, İsmayıllı, Lerik və Ağsu sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilib
Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb

Bakı. Trend:

Məlum olduğu kimi, fevralın 5-6-da Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində zəlzələ baş verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, zəlzələ nəticəsində rabitə sisteminə heç bir ziyan dəyməyib: "Adıçəkilən rayonlarda rabitənin işində problem yaranmayıb. Hazırda Şamaxı, İsmayıllı, Lerik və Ağsu sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilib".

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti