...

İnternet-provayderləri Bakı sakinləri üçün əlavə tədbirlər haqqında

Telekommunikasiya Materials 18 Mart 2020 15:01 (UTC +04:00)
Novruz bayramı günlərində Bakı və ətraf ərazilərdə internt istifadəçiləri trafiklə bağlı qüsurlarla üzləşməyəcək
İnternet-provayderləri Bakı sakinləri üçün əlavə tədbirlər haqqında

Bakı. Sədrəddin Ağcayev - Trend:

Novruz bayramı günlərində Bakı və ətraf ərazilərdə internet istifadəçiləri trafiklə bağlı qüsurlarla üzləşməyəcək.

Bunu Trend-ə internet-provayderlərinin mütəxəssisləri deyib.

“KATV1”in marketinq şöbəsinin rəhbəri Əli Əliyev, “AiləTV”nin marketinq şöbəsinin mütəxəssisi Sabir Məşədizadə və “CONNECT” MMC-nin abunə şöbəsinin rəisi Əminə Səfixanova bildirib ki, bu provayderlərin internet istifadəçiləri trafikin yüklənməsi problemi ilə qarşılaşmayacaq:

“Biz nəzərə almışıq ki, Novruz bayramında paytaxt sakinlərinin böyük əksəriyyəti asudə vaxtını internetdə, videolara baxmaqla keçirəcək. Bu isə internet-trafikə əlavə yüklənmə yarada bilər. Bununla əlaqədar olaraq əlavə trafik rezerv olunub. Abunəçilərin fasiləsiz internet və TV yayımı ilə təmin olunması üçün əlavə sürət təqdim edəcək”.

Bundan başqa, təxminən 110 kanaldan ibarət baza TV yayımı paketi bayram müddətində rəqəmsal abunəçilər üçün 180 kanaladək genişləndiriləcək.

Mütəxəssislər qeyd ediblər ki, qeyd olunan provayderlərin istifadəçilərə təqdim olunan internetin orta sürəti paytaxtda 36 Mbit/saniyə, regionlarda isə 13 Mbit/saniyə təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti