...

"LinkedIn" sosial şəbəkəsi bu ölkədə işləməyəcək

Telekommunikasiya Materials 15 Oktyabr 2021 00:49 (UTC +04:00)
"LinkedIn" sosial şəbəkəsi bu ölkədə işləməyəcək

Bakı. Trend:

"LinkedIn" sosial şəbəkəsinin rəhbərliyi İnternet resursları üçün yeni normativ tələblər səbəbindən platformanın Çində lokallaşdırılmış versiyasının işini dayandırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə müvafiq açıqlama sosial şəbəkənin rəsmi bloqunda yayılıb.

LinkedIn-dən bildirilib ki, sosial şəbəkənin yeni strategiyası Çinli mütəxəssislərə ölkədə iş tapmaqda və yerli şirkətlərə ixtisaslı namizəd tapmaqda kömək göstərməyə yönələcək:

Məlumata əsasən, Çində iş axtarışı üçün olan yeni "InJobs" tətbiqinin fəaliyyətə başlanılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti