...

"Apple" üçüncü nəsil simsiz qulaqlıqlarını təqdim edib

Telekommunikasiya Materials 19 Oktyabr 2021 00:52 (UTC +04:00)
"Apple" üçüncü nəsil simsiz qulaqlıqlarını təqdim edib

Bakı. Trend:

"Apple" şirkəti "AirPods" simsiz qulaqlıqlarının üçüncü nəslini təqdim etdi. Yeni məhsulların təqdimatı onlayn formatda keçirilib.

Trend-in məlumatına görə, təqdimatın video yayımı şirkətin saytında keçirilib.

Üçüncü nəsil qulaqlıqlar yeni dizayna malikdir. Yeni qulaqlıqlar məkan audio funksiyası ilə təchiz olunub və suya davamlıdır.

İstehsalçılara sözlərinə görə, batareya altı saat fasiləsiz musiqi dinləməyə imkan verəcək.

Yeni qulaqlıqların qiyməti 179 dollar təşkil edəcək və gələn həftədən etibarən məhsulu sifariş etmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti