...

“Azərkosmos”un xidmət ixracından gəliri 45 milyon dolları ötüb

Telekommunikasiya Materials 31 Yanvar 2022 14:17 (UTC +04:00)
“Azərkosmos”un xidmət ixracından gəliri 45 milyon dolları ötüb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ildə “Azərkosmos” ASC dünyanın 41 ölkəsinə 45,3 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadən məlumat verir.

Qeyd olunur ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.

2021-ci ilin dekabr ayında “Azərkosmos” ASC dünyanın 28 ölkəsinə 3 milyon dollar dəyərində xidmət ixrac edib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti