Bakı. Trend:
“Azərkosmos” yaxın illərdə peyk texnologiyaları hesabına gəlirlərin artacağını proqnozlaşdırır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
""Azərkosmos" ASC-nin ixrac gəlirləri 40-dan çox ölkədən 300-dən çox müştəridən gəlir. Ümumiyyətlə, peyk xidmətlərindən əldə olunan gəlirlər müəyyən il ərzində həm azala, həm də arta bilər. Bu təkcə Azərbaycanla və ya regionla bağlı deyil, qlobal iqtisadi fəaliyyətlə bağlı məsələdir. Gələcək illərdə peyk texnologiyası hesabına gəlir artımını proqnozlaşdırırıq”, - deyə S.Əsədov qeyd edib.