Bakı. Trend:
Apple-ın yeni premium smartfonları indikilərdən daha bahalı olacaq.
Trend xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.
"Haitong International Securities" şirkətinin analitiki Ceff Punun sözlərinə görə, ABŞ korporasiyası yeni cihazların artan maya dəyərini kompensasiya etməli olacaq. İnsayder qeyd edib ki, hazırlanmasında yeni texnologiyalardan istifadə edildiyinə görə iPhone 15 Pro və 15 Pro Max qiymətləri iPhone 14 Pro və 14 Pro Max modellərindən daha yüksək olacaq.
Ceff Pu qadcetlərin qiymətini açıqlamayıb.
Eyni zamanda, baza modellər olan iPhone 15 və 15 Plus-ın qiymətlərinin eyni qalacağı gözlənilir.