...

Dövlət Xidməti Azərbaycana qarşı kiberhücumların sayını açıqlayıb

Telekommunikasiya Materials 27 Mart 2023 15:57 (UTC +04:00)
Dövlət Xidməti Azərbaycana qarşı kiberhücumların sayını açıqlayıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda kompüter təhlükəsizliyi ilə əlaqədar sorğuların sayı 1 173 olub, bunlardan 89,43 faizi (1 049) nəzərdən keçirilərək qarşılanıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) bildiriblər.

Məlumata əsasən, hesabat dövründə informasiya təhlükəsizliyi üzrə audit əsasında kompüter insidentlərinə qarşı cavab tədbirləri görən heyət tərəfindən 47 hesabat hazırlanaraq müvafiq strukturlara göndərilib.

Bundan başqa, internetin Azərbaycan seqmentində 2023-cü ilin yanvar-fevral aylarında 35 domen adı və 38 subdomen qeydə alınıb.

Xatırladaq ki, 2022-ci ildə internetin Azərbaycan seqmentində kompüter təhlükəsizliyi ilə əlaqədar sorğuların sayı 6 383 olub, onlardan 94,76 faizi (6 049) nəzərdən keçirilərək qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti