...

Azərbaycanda ən çox istifadə olunan brauzerlər məlum olub

Telekommunikasiya Materials 26 Aprel 2023 09:20 (UTC +04:00)
Azərbaycanda ən çox istifadə olunan brauzerlər məlum olub
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Mart ayında "Google Chrome" internet brauzeri azərbaycanlı istifadəçilər arasında populyarlığına görə liderliyini saxlayıb.

Trend bu barədə çərşənbə axşamı "Global Stats" statistika mərkəzinə istinadən xəbər verir.

Brauzerin yerli bazarda payı 76,33 faiz olub ki, bu da fevral ayı ilə müqayisədə 1,85 faiz azdır.

"Safari" internet brauzerinin Azərbaycan bazarında payı 11,52 faiz səviyyəsində qalıb (1,65 faiz artım).

Hesabat dövründə "Samsung" internet brauzerinin payı 0,66 faiz artaraq 5,44 faiz olub.

Mart ayında "Opera" brauzerinin bazarda payında 0,52 faiz azalma qeydə alınaraq 2,65 faiz təşkil edib.

Azərbaycan bazarında digər internet brauzerlərinin ümumi payı 4,06 faiz təşkil edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti