...

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik reytinqlərində mövqelərini ilbəil yaxşılaşdırır - Elmir Vəlizadə

Telekommunikasiya Materials 26 Aprel 2023 11:48 (UTC +04:00)
Azərbaycan beynəlxalq kibertəhlükəsizlik reytinqlərində mövqelərini ilbəil yaxşılaşdırır - Elmir Vəlizadə
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik reytinqlərində mövqelərini ilbəil əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Trend xəbər verir ki, bunu çərşənbə günü Prezident Administrasiyasının Rəqəmsal media ilə iş sektorunun müdiri Elmir Vəlizadə “Azərbaycanda kibercinayətkarlıq və kibertəhlükəsizlik barometrləri” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, ölkəmizdə yeni təhlükəsizlik standartlarının geniş tətbiqi üçün hüquqi bazanın formalaşması üzrə işlər görülür.

"Qeyd etmək istəyirəm ki, Azərbaycan kibertəhlükəsizlik üzrə Avropa standartlarını aktiv şəkildə tətbiq edir. Ölkəmiz bu sahədə böyük uğurlar əldə edib. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq kibertəhlükəsizlik reytinqlərində öz mövqelərini ilbəil əhəmiyyətli dərəcədə yaxşılaşdırır", - o deyib.

E.Vəlizadə həmçinin Ermənistan və İranın uzun illər ərzində ölkəmizə qarşı kiberhücumlar həyata keçirdiklərini bildirib.

"Bütün bu cəhdlərin qarşısı alınıb və biz öz rəqəmsal məkanımızı və təhlükəsizlik sistemlərimizi gücləndirməyə davam edəcəyik", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti