...

Azərbaycanın rəqəmsal transformasiyaya keçid strategiyaları hazırlanmalıdır - Ceyhun Salmanov

Telekommunikasiya Materials 22 İyun 2023 15:03 (UTC +04:00)
Azərbaycanın rəqəmsal transformasiyaya keçid strategiyaları hazırlanmalıdır - Ceyhun Salmanov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın rəqəmsal transformasiyaya uğurlu keçidi üçün strategiyalar hazırlanmalıdır.

Trend cümə axşamı xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov" İnsan Resursları Zirvəsi 2023" forumu çərçivəsində "Rəqəmsal transformasiya və insan resursları" panel müzakirəsində deyib.

Onun sözlərinə görə, müasir cəmiyyət ardıcıl sənaye inqilabları ilə üzləşir və bunların arasında keçid müddətinin azaldığını qeyd etmək vacibdir.

"Yeni eraya keçid cəmiyyətin və biznes sektorunun adaptasiya olaraq rəqəmsal iqtisadiyyatdan maksimum səmərə əldə edə bilməsi üçün rəqəmsal texnologiyaların planlaşdırılmasını və ardıcıl tətbiqini tələb edir. Rəqəmsal transformasiyaya düşünülmüş yanaşmanın əhəmiyyətini qeyd etmək lazımdır. Keçid mərhələlərinin düzgün planlaşdırılması və ardıcıl reallaşdırılması ölkənin çağırışların öhdəsindən gəlməsinə və rəqəmsal dövrün verdyi imkanlardan yararlanmasına köməklik göstərəcək", - C.Salmanov deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti