...

"Coursera" tədris proqramı Azərbaycan dilinə tərcümə olunacaq

Telekommunikasiya Materials 2 Aprel 2024 15:00 (UTC +04:00)
"Coursera" tədris proqramı Azərbaycan dilinə tərcümə olunacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Coursera" tədris proqramının Azərbaycan dilinə tərcümə olunması planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "IT Hub Azerbaijan" layihəsinin bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, ötən il 4SİM "4Sİ Akademiyası" (Dördüncü Sənaye İnqilabı Akademiyası) layihəsini işə salıb.

"Bu təşəbbüs dördüncü sənaye inqilabı, o cümlədən, süni intellekt, verilənlərin analitikası, blokçeyn, bulud texnologiyaları sahəsində və digər istiqamətlər ixtisaslaşmasını artırmaq istəyən 10 min nəfər üçün platforma təklif edir. Tədris proqramının Azərbaycan dilinə tərcüməsi planlaşdırılır", - o deyib.

Qeyd edək ki, "Coursera" 275-dən yuxarı aparıcı universitet və şirkətlərlə əməkdaşlıq edərək bütün dünyada fərdi şəxslər və qurumlar üçün çevik, əlçatan və onlayn təlimlər təklif edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti